Məşhur aktyor özündən 40 yaş kiçik sevgilisinə evlilik təklifi etdi

28 Sentyabr 2023 16:21 (UTC+04:00)

Türk aktyoru və aparıcısı Mehmet Ali Erbil 6-cı dəfə evlənməyə hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, özündən 40 yaş kiçik Gülseren Ceylanla düz 5 aydır birlikdə olan aktyor ötən gün böyük izdiham qarşısında gənc sevgilisinə evlilik təklifi edib. Sevincini "İnstaqram" hesabında paylaşan Gülseren Ceylanın çox xoşbəxt olduğu görülüb. Mehmet Ali Erbilin necə toy edəcəyi isə maraq doğurub.

66 yaşlı aktyor bir müddət əvvəl sevgilisinin doğum gününü "Ad günün mübarək, sevgilim. Sevinirəm ki, mənimsən. Yerin sonsuzadək mənim yanım olsun. Səni sevirəm" sözləri ilə qeyd edib.

Ləman Sərraf