Klipi erotik səhnələrə görə efirlərdə yayımlanmayacaq?

28 Sentyabr 2023 14:00 (UTC+04:00)

Məşhur türk müğənni Hadise "Sevmiyo" adlı mahnısına çəkilən klipi 29 sentyabr tarixində təqdim etməyə hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, anonsu yayımlanan klip görüntüləri ilə gündəm olub.

Sözügedən klipin erotik səhnələrə görə efirlərdə yayımlanmayacağı da iddia edilib. Sənətçi klipi ilə bağlı ünvanlanan sualları da cavabsız qoyub.

Qeyd edək ki, bir neçə il öncə Hadisenin "Sıfır tolerans" adlı mahnısına çəkilən klipin də efirdə yayımı qadağan edilmişdi.