Parkda meyiti tapılan türkiyəli məşhur aktrisa Seda Fettahoğlunun ölümü ilə bağlı bəzi detallar bəlli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, intihar ehtimalını nəzərə alan polis genişmiqyaslı araşdırmalara başlayıb.
Xatırladaq ki, ötən gün səhər saat 08:00 radələrində İstanbulun Beyoğlu rayonunda parka gəzintiyə çıxan gənc tələbə əvvəlcə silah səslərini eşidib, daha sonra yerdə uzanan qadını görüb və polisə xəbər verib. Xəbərdarlıq üzərinə hərəkətə keçən polis qrupları dərhal hadisə yerinə gəlib. Qadın cəsədi ilə qarşılaşan polis qrupları araşdırma başladıb. Müayinədən sonra cəsədin aktrisa Seda Fəttahoğluna aid olduğu məlum olub.
Fettahoğlunun yanında qeydiyyatlı saxlama icazəsi olan tapança və 7 patron tapılıb. Bundan əlavə, müayinə zamanı qruplar onun çantasından çoxlu antidepresan dərmanlar aşkar ediblər. Bildirək ki, ötən gün aktrisanın 44 yaşı tamam oldu