“Tibb müəssisələrinin maliyyə dayanıqlılığı təmin olunacaq”

28 Sentyabr 2023 12:25 (UTC+04:00)

“Xidmətlər Zərfində olan tarif dəyişiklikliyi bir neçə formada özünü göstərəcək”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə iqtisadiyyatı şöbəsinin müdiri Şamxal Cəmilzadə bildirib.

Onun sözlərinə görə, ilk növbədə bu dəyişikliklər tibb heyətinin əməkhaqlarının artırılmasına səbəb olacaq: “Tibb müəssisələri arasında rəqabətlilik və əlçatanlıq artırılacaq. Eyni zamanda tibb müəssisələrinin maliyyə dayanıqlılığı təmin olunacaq”.