Çağatay Ulusoy imicini yenidən dəyişdi - FOTO

28 Sentyabr 2023 06:48 (UTC+04:00)

Yeni layihələri üçün tez-tez imicini dəyişən türkiyəli aktyor Çağatay Ulusoy bu dəfə saç və saqqalını uzadıb. SİA xəbər verir ki, aktyorun son görünüşünü görənlər onu tanımaqda çətinlik çəkiblər. Aktyorun son görüntüsü pərəstişkarlarını iki yerə bölüb. Bəziləri Ulusoyun yeni tərzini çox bəyənsə də, bəziləri onun uzun saçlarını bəyənməyib.