“Mən erməniyəm, Azərbaycan vətəndaşı olmaq üçün…” - Elza Simonyan

28 Sentyabr 2023 04:39 (UTC+04:00)

Qarabağda yaşayan erməni müğənni Elza Simonyanın Azərbaycan vətəndaşlığını alacağı, Xankəndidə qalacağı iddia olunur. Hətta sarkazmla da olsa, bəziləri onun Bakıya gələcəyini, yerli şou-biznesə qatılacağını deyir. SİA xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Elza Simonyan haqqında yayılan xəbərlərin yanlış olduğunu açıqlayıb. Gənc ifaçı Qarabağda yaşamadığını da bildirib: "Haqqımda yayılanlar yalan məlumatdır. Mən erməniyəm və Ermənistan vətəndaşıyam, valideynlərim də ermənidir.

Mənim Azərbaycan vətəndaşlığı alacağım haqda deyilənlər yalan məlumatdır. Eyni zamanda mən hazırda Qarabağda yaşamıram".