Saleh Bağırov daha bir verilişdə aparıcılıq edəcək

28 Sentyabr 2023 01:43 (UTC+04:00)

Aparıcı Saleh Bağırovun daha bir verilişi bəlli olub. SİA xəbər verir ki, o, İTV-də "Cümə axşamı" adlı proqramla tamaşaçıların görüşünə gələcək.

Veriliş oktyabrın 6-dan etibarən hər həftənin cümə günü yayımlanacaq.

Qeyd edək ki, Saleh Bağırov İTV-də yayımlanan “Ötən günlər” adlı verilişdə də aparıcılıq edir.