Türkiyə TŞ-nin iclasında Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

27 Sentyabr 2023 16:35 (UTC+04:00)

Türkiyə TŞ-nin iclasında Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq.

SİA-nın məlumatına görə, iclasa dövlət başçısı Rəcəb Tayyib Ərdoğan başçılıq edəcək.

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası sabah keçiriləcək.

MGK-nın iclası çərçivəsində Rusiya-Ukrayna müharibəsi, Türk Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam etdirdiyi əməliyyatlar və Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri müzakirə olunacaq.