Ərdoğan Anım Günü ilə bağlı paylaşım edib - FOTO

27 Sentyabr 2023 16:20 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir:

“Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının dastanlara layiq azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”