Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub

27 Sentyabr 2023 15:30 (UTC+04:00)

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə SİA-ya Baş Prokurorluqdan bildirilib.

Prokurorluq əməkdaşları Parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.