Samanta Pauer Azərbaycana gəlib

27 Sentyabr 2023 15:17 (UTC+04:00)

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Azərbaycana gəlib.

Bu barədə SİA-ya USAID-in Bakı ofisindən məlumat verilib.

Səfər zamanı rəsmi görüşlərin keçirilməsi, eləcə də Qarabağ bölgəsindəki vəziyyətin müzakirəsi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Samanta Pauer Ermənistanda səfərdə olub.