Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər parkında olub- FOTO/VİDEO

27 Sentyabr 2023 15:12 (UTC+04:00)

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.