Qattuzo Fransa klubunun baş məşqçisi oldu

27 Sentyabr 2023 14:26 (UTC+04:00)

Fransanın “Marsel” klubunun yeni baş məşqçisi bəlli olub. SİA xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, Liqa 1 təmsilçisi italiyalı Cennaro Qattuzoya tapşırılıb. O, bu postda Marselinyonu əvəzləyəcək.

Qeyd edək ki, Qattuzo son olaraq İspaniyada “Valensiya”nı çalışdırıb.