Bakıda temperatur iqlim normasından yuxarı olub

27 Sentyabr 2023 11:10 (UTC+04:00)

Havanın temperaturu sentyabrın 26-da Bakıda iqlim normasından 1.4 dərəcə yuxarı olub.

Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 30 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.