Yunanıstanda zəlzələ qeydə alınıb

27 Sentyabr 2023 10:45 (UTC+04:00)

Yunanıstanda zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 5.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Episentr İon dənizində yerləşib.