“Bakının mənzil bazarında qiymətlər yüksək olaraq qalmaqdadır“ - DEPUTAT AYDINLIQ GƏTİRDİ

27 Sentyabr 2023 09:54 (UTC+04:00)

“Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Azərbaycanda da mənzil bazarında qiymət artımı müşahidə edildi. Qiymət artımları özünü həm yeni, həm də ikinci il mənzil bazarında göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, kirayə qiymətlərində də artımlar oldu:
“2023-cü ilin geridə qalan aylarında da mənzil bazarında yenə də qiymətlərdə artım gözləniləndir.

Lakin keçən illər ilə müqayisədə hazırkı vəziyyət daha ürəkaçandır. Bütün hallarda Azərbaycanın, xüsusilə də Bakının mənzil bazarında qiymətlər yüksək olaraq qalmaqdadır. Bu baxımdan da mənzil bazarında təklifin artırılmasına ehtiyac var”.