TDT Anım Günü ilə əlaqədar paylaşım edib

27 Sentyabr 2023 09:46 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatı (TDT) 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.

SİA xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü üçün canlarını fəda edən şəhidləri 27 Sentyabr - Anım Günü səbəbilə vətənlərinə tərəddüdsüz bir sədaqətlə xidmət edən bütün şəhid və qazilərə ən dərin ehtiramımızı və qəlbdən şükranlarımızı bildiririk”.