Ukrayna PUA-sı Bryanska hücum etdi

27 Sentyabr 2023 06:25 (UTC+04:00)

Sentyabrın 26-da axşam saatlarında Rusiyanın Bryansk vilayəti yenidən PUA hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Qubernator hücumun qarşısının alındığını, hava hücumundan müdafiə qüvvələrinin PUA-nı zərərsizləşdirdiyini bildirib.