Emin Ağalarov bu xanımla duet oxuyacaq

27 Sentyabr 2023 02:51 (UTC+04:00)

Azərbaycanın xalq artisti Emin Ağalarov yeni mahnısının dünya şöhrətli amerikalı pop/R&B müğənnisi Nikol Şerzingerlə duet şəklinə olacağını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Emin şəxsi "Instagram" hesabında paylaşım edib.

“Növbəti sinqlda mənim duet ortağım olacaq super ulduz Nikol Şerzingerlə gözəl axşam. O, gözəl olduğu qədər də qeyri-adi dərəcədə istedadlıdır. Hamınızın mahnımızı eşitmənizi səbirsizliklə gözləyirəm”, - deyə o qeyd edib.