150 milyon illik dinozavr skeleti hərraca çıxarılacaq - FOTOLAR

27 Sentyabr 2023 02:13 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə 150 milyon illik dinozavr skeleti satışa çıxarılacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, skelet oktyabrın 20-də hərracda satılacaq.

150 milyon il əvvəl yaşamış dinozavr 1990-cı illərin əvvəllərində ABŞ-nin Vayominq ştatında tapılıb.

Kəşf edən paleontoloq Barri Ceymsin adını daşıyan dinozavr skeletinin son dərəcə yaxşı qorunduğu deyilir və buna görə də hərracda 1,2 milyon avroya qədər qiymətə satılacağı gözlənilir.