Azərbaycan millisi UEFA Millətlər Liqasında qələbə qazanıb

27 Sentyabr 2023 00:25 (UTC+04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. SİA xəbər verir ki, komanda ikinci oyununda səfərdə Monteneqro yığmasını 1:0 hesabı ilə üstələyib.

Oyunda yeganə qolu 88-ci dəqiqədə Nazlıcan Parlak vurub.