Quba şəhəri Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı paytaxtı təyin olunub.
SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı üzrə məsul nazirlərinin 2-ci iclası ilə bağlı keçirilən brifinqdə bildirib.
Növbəti Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin görüşünə qədər Quba şəhəri paytaxt olaraq qalacaq.
Qeyd edək ki, növbəti görüş Qazaxıstanda baş tutacaq.