Aktyor İbrahim Çingiz həyat yoldaşı Aydan Çingizlə yeni layihəsini təqdim etməyə hazırlaşır. SİA xəbər verir ki, bu barədə aktyorlar özləri sosial mediada məlumat yayıb.
Bildirilib ki, cütlüyün baş rolda çəkildiyi "Sevgi" adlı serial tezliklə ARB kanalında nümayiş olunacaq. Layihədə həmçinin aktyor Murad İsmayıl da rol alıb.
Xatırladaq ki, məşhur cütlük 2021-ci ildə ailə qurub, onların ötən bir il qızı dünyaya gəlib.