"Whatsapp" gələn aydan bu telefonlarda işləməyəcək

26 Sentyabr 2023 03:07 (UTC+04:00)

Dünyada milyardlarla istifadəçisi olan vatsap gələn aydan köhnə "Android" dəstəkli smartfonlarda işləməyəcək. SİA-nın məlumatına görə, "Meta" şirkətindən bildirilib ki, qərar 24 oktyabrdan qüvvəyə minəcək.

Tətbiqin çalışması üçün cihaz minimum "Android 5"ə qədər yenilənməli və ya ondan sonrakı versiyaları dəstəkləməlidir.