Elnur Eyvazov vəzifəsindən ayrılıb

25 Sentyabr 2023 12:54 (UTC+04:00)

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb. SİA xəbər verir ki, bu barədə Bakı klubu feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.

Klub bu illər ərzindəki fəaliyyətinə görə, ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!”