Əfsanəvi aktyor böyük kinonu tərk edir

25 Sentyabr 2023 04:50 (UTC+04:00)

Əfsanəvi britaniyalı aktyor Maykl Keyn böyük kinodan ayrılır. Bu barədə SİA “Variety” nəşrinə istinadən xəbər verir.

“Artıq 90 yaşım var və artıq normal yeriyə bilmirəm. Buna görə də təqaüdə çıxıram”, - o bildirib.

Bu il Keynin baş rolda oynadığı “Böyük Qaçaq” komediyası ekranlara çıxacaq. Film qocalar evindən qaçan və yoldaşlarını yad etmək üçün Fransaya gedən İkinci Dünya müharibəsi veteranı haqqındadır.