Kəlbəcərdə qanunsuz şirkətin ərazisində silah-sursat aşkar edilib- FOTO

24 Sentyabr 2023 10:02 (UTC+04:00)

Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.