"WhatsApp" yeni funksiyasını istifadəyə verib

24 Sentyabr 2023 05:23 (UTC+04:00)

"WhatsApp" yeni funksiyasını istifadəyə verib. SİA xəbər verir ki, bu yaxınlarda "WhatsApp", "Channels" adlı funksiyası ilə istifadəçilərin qarşısına çıxıb.

Belə ki, yeniləmə ilə aktiv olacaq bu funksiya, "WhatsApp"da izləyə biləcəyiniz minlərlə yeni kanallardan ibarətdir.

Qeyd edək ki, bu yenilik hələki, ölkəmizdə bütün istifadəçilər üçün aktiv deyil.