Somalinin mərkəzindəki Beledveyn şəhərində bomba yüklü avtomobilin partladılması zamanı ilkin məlumata görə, azı 10 nəfər ölüb, çoxlu sayda yaralı var. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, qeyd edilir ki, ölənlərin sayı hələ dəqiq deyil. Hadisə qurbanlarının sayının artacağı istisna olunmur.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.