Türkiyədə meşə yanğını oldu

24 Sentyabr 2023 01:36 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda meşəlik ərazidə yanğın olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yanğın naməlum səbəbdən baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən və polis göndərilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.