Naftalanda sərxoş sürücü qəza törətdi

24 Sentyabr 2023 01:26 (UTC+04:00)

Naftalanda sərxoş sürücü qəza törədib. SİA-nın məlumatına görə, hadisə axşam saatlarında Naftalan şəhərinin kənar küçələrindən birində baş verib.

Sərxoş vəziyyətdə olan Daşaltı kənd sakini, 1994-cü il təvəllüdlü Pənah Məmmədli idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili eyni markalı digər nəqliyyat vasitəsinə çırparaq qəza törədib.

Sərxoş sürücü ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.