Almaniya Polşanı sərhəd nəzarəti tətbiq etməklə hədələyir

23 Sentyabr 2023 23:28 (UTC+04:00)

Almaniya və Polşa arasında yüz minlərlə miqranta qanunsuz viza verilməsi ilə bağlı qalmaqal yaranıb. Bununla bağlı Almaniya kansleri Olaf Şolz ölkələr arasında sərhəd nəzarətini bərpa etməklə hədələyib.

“Polşada baş verən viza qalmaqalı araşdırma tələb edir. Mən Polşanın miqrantları bu cür buraxmasına razı deyiləm” – SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu kansler bildirib.

Kansler əlavə edib ki, bu məsələni Polşa hökuməti ilə müzakirə edəcək və Polşa və digər qonşu ölkələrlə sərhəd nəzarətinin tətbiqi imkanlarını gündəmə gətirəcək.

Almaniya polisinin məlumatına görə, bu ilin birinci yarısında Polşa ilə sərhəddə 12 mindən çox qeyri-qanuni miqrant saxlanılıb.