Fransada polis zorakılığına qarşı nümayişlərdə iştirak edənlərin sayı 31 min nəfər təşkil edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə France Bleu radiostansiyası Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nümayişçilər arasında həm həmkarlar ittifaqları və tələbə hərəkatlarının, həm də siyasi partiyaların nümayəndələri olub.