Paşinyan ABŞ dövlət katibi ilə telefonla danışıb

23 Sentyabr 2023 21:28 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

SİA APA-ya istinadən xəbər verir ki, tərəflər Qarabağdakı humanitar vəziyyəti müzakirə ediblər.

Telefon danışığında Ermənistan-Azərbaycan sülh prosesinin perspektivləri və regional təhlükəsizlik məsələlərinə də toxunulub.