Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

23 Sentyabr 2023 19:43 (UTC+04:00)

İraqın şimalında həyata keçirilən "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-ya məxsus silah-sursat ələ keçirilib.

Milli Müdafiə Nazirliyindən verilən bəyanatda deyilir:

"Terror yuvalarını məhv etməyə davam edirik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında həyata keçirilən ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-ya məxsus silah və sursatı ələ keçirərək zərərsizləşdirib''.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bəyanatda ələ keçirilən silah və sursatlarla bağlı ətraflı məlumat verilməyib.