Ermənipərəst senator istefa verib

23 Sentyabr 2023 16:14 (UTC+04:00)

ABŞ-ın ermənipərəst senatoru Bob Menendez Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun istefasına səbəb korrupsiya ittihamı ilə başlayan istintaqdır.

ABŞ Prokurorluğunun məlumatına əsasən, Menendez ABŞ-dan hərbi yardım üçün Misir hökumətinə lobbiçilik edib və həssas məlumatları ötürüb. Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib.

Senator sentyabrın 27-də Nyu Yorkda məhkəmə qarşısına çıxacaq.

Ləman Sərraf