Naxçıvan Şəhər Təhsil Şobəsinə yeni müdir təyin edilib

23 Sentyabr 2023 14:21 (UTC+04:00)

Naxçıvan Şəhər Təhsil Şobəsinə yeni müdir təyin edilib. SİA-nın xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyinin sektor müdiri Gülxanım Orucova müvəqqəti olaraq Təhsil Şöbəsinin müdiri təyin edilib.