Göyçayda avtomobilin vurduğu qadın xəstəxanaya aparılarkən ölüb

23 Sentyabr 2023 13:45 (UTC+04:00)

Bu gün səhər saatlarında Göyçay şəhəri ərazisində Dəyanət Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən piyada, 1948-ci il təvəllüdlü Qasımova Kifayət Kərim qızını vurub. SİA-ya verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA -ya məlumatı təsdiqləyiblər.