Masallıda avtomobil piyadanı vuraraq öldürüb

23 Sentyabr 2023 10:27 (UTC+04:00)

Masallıda avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, 1959-cu il təvəllüdlü Sakit Rəhimov idarə etdiyi "Hyundai Azero" markalı avtomobillə rayonun Yeddioymaq kəndi ərazisində hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Xanağa Abdullayevi vurub.

Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırma aparılır.