İtaliyanın sabiq prezidenti, 2006-2015-ci illərdə dövlət başçısı vəzifəsində çalışmış Corcio Napolitano 98 yaşında vəfat edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ANSA agentliyi məlumat yayıb.
Müqavimət hərəkatının üzvü, İtaliya Kommunist Partiyasının keçmiş lideri olan siyasətçinin səhhəti pisləşmişdi. Son aylarda o, Roma klinikasında müalicə olunurdu.