Hollandiya Türkiyəyə aid tarixi əsəri qaytarıb

22 Sentyabr 2023 23:53 (UTC+04:00)

Məlumata görə, Hollandiyanın Leiden şəhərindəki bir muzeydə olan antik daş parçası Türkiyənin bu ölkədəki səfiri Selçuk Ünala təhvil verilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ünal adını açıqlamaq istəməyən bir kolleksiyaçının Türkiyəyə aid olduğu düşünülən tarixi əsəri Leiden Milli Əsərlər Muzeyinə təhvil verdiyini bildirib.
Bu məlumatın ilk olaraq İstanbulda yerləşən Hollandiya Araşdırma İnstitutu (NİT) tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinə çatdırıldığını bildirən Ünal, əsərin araşdırılmasından sonra onun Türkiyədən aparıldığının aydınlaşdırıldığını bildirib.
Ünal bildirib ki, tarixi əsərin memarlıq əsəri və ya məzar daşı olduğu düşünülür.

"Muzeyin kuratoru bu daşın 2-ci və ya 3-cü əsrə aid olduğunu bildirir. Daş parçasının Türkiyənin Antalya şəhəri yaxınlığındakı Perge antik şəhərinə aid olduğu güman edilir",-deyə Selçuk Ünal vurğulayıb.