“Barselona” onun oyunundan razıdır, ona görə də...

22 Sentyabr 2023 20:35 (UTC+04:00)

Kataloniya “Barselona”sı “Atletiko”dan icarəyə götürdüyü hücumçu Joao Feliksin oyunundan razıdır. “Todofichajes” əməkdaşlarının əldə etdikləri məlumata görə, “Barselona” rəhbərliyi portuqaliyalı oyunçunun tam hüquqlu transferi üçün təklif hazırlayır.

SİA-nın həmən mənbədən əldə etdiyi məlumata görə, La Liqa çempionatının rəhbərliyi forvard üçün 50 milyon avro təklif edəcək.

Qeyd edək ki, Feliks özü karyerasını “Camp Nou”-da davam etdirməyə hazırdır.

Məhz buna görə də, portuqaliyalı Kataloniya klubu ilə uzunmüddətli əmək müqaviləsi bağlamağa hazırdır.

Nazlı