Saxtakarlıq nümunəsi olan ZİDDİYYƏTLİ BƏYANATLAR – TƏHLİL

22 Sentyabr 2023 17:40 (UTC+04:00)

Ermənistan rəsmilərinin tamamilə fərqli, xüsusən də, bir-birinə zidd bəyanatlar səsləndirməsi dünya ictimaiyyətinin diqqətindən qətiyyən yayına bilməz. İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın fikirləri ilə həmin ölkənin xarici işlər naziri Ararat Mirzoyanın dedikləri arasında bu dəfə elə bir kəskin fərq, hətta ziddiyyət var ki, bu, bir sıra məntiqi suallar doğurur və həmin suallar da öz növbəsində işğalçı ölkənin siyasi hakimiyyətinin mahiyyətini ortaya qoyur.

Diqqətə çatdıraq ki, Ermənistanın XİN rəhbərinin BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı həmin ölkənin baş nazirinin dedikləri ilə qətiyyən üst-üstə düşmür. Əksinə, bu iki dövlət rəsmisi bir-birinə tamamilə zidd fikilər səsləndirib. İşğalçı ölkənin xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Qarabağda insanların böhran içərisində, fəlakətlə qarşısında olduğunu söylədiyi halda, Ermənistanın baş naziri tamamilə bunun əksini deyib. “10 aylıq blokada səbəbindən insanlar ac qalmaqda davam edirlər. Səhiyyə sistemi iflic vəziyyətindədir. Dağlıq Qarabağdan olan görüntülər həqiqətən də şoka salır. Əlacsız vəziyyətdə olan analar itkin düşən övladlarını tapmağa çalışırlar...”, - deyə Arorat Mirzoyan BMT Təhlükəsizlik Şurasının iclasında zarıdığı halda, “sosial şəbəkələrdə Qarabağ əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - deyə Nikol Paşinyan əminliklə fikir bildirib. Yəni, bu iki şəxsin dedikləri bir-birini tamamilə təkzib edir. Doğrudur, Ermənistan hakimiyyətinin siyasi savadsızlığı, təcrübəsizliyi, səriştəsizliyi heç kim üçün sirr deyil, amma belə bir hal təkcə səriştəsizlikdən, təcrübəsizlikdən irəli gəlmir. Nə qədər təcrübəsiz hakimiyyət olsa belə, ən azından həmin o səriştəsiz, savadsız hökumətin baş naziri və XİN rəhbərinin fikirləri üst-üstə düşməli idi. Amma görünən tamamilə başqa idi və ortada çox müəmmalı bir mənzərə var. Bu fakta bir prizmadan yanaşmaq da heç zənnimizcə düzgün olmazdı, çünki belə bir halın ortaya çıxması müxtəlif rakurslarda izah edilə bilər.

“Dağlıq Qarabağın yaşayış məntəqələrindən birində olan partlayış zamanı 8 yaşlı uşaq itkin düşüb. Onun 10 yaşlı qardaşı öldürülüb, cəsədini hətta kənddən çıxarmaq da mümkün olmayıb. Başqa bir qardaşı da yaralanıb... Azərbaycanın gözündə bu uşaqlar terrorçudurlar və Azərbaycanın gördüyü tədbirlər bu uşaqlara, onların analarına, nənələrinə, babalarına qarşı olub... Azərbaycanın sosial şəbəkələri itkin düşən uşaq və qadınların tapılması, zorlanması, onları parçalayıb itlərə yedizdirmək çağırışları ilə doludur... Azərbaycanlı sosial şəbəkə istifadəçiləri sosial şəbəkələrdə Dağlıq Qarabağ qadınlarının profillərini paylaşırlar və Azərbaycanın nəzarətinə keçdikləri zaman bu qadınlardan hansının zorlanacağını müzakirəyə qoyurlar və bu barədə mərc edirlər...”, - deyə Ermənistanın XİN rəhbəri sözügedən iclasda guya böyük bir təhlükə barədə həyəcan təbili çalmağa çalışıb. Halbuki, Nikol Paşinyan bunun da əksini söyləyib və onun dediklərində həyəcandan əsər-əlamət yoxdur. “Sosial şəbəkələrdə Qarabağ əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Qarabağda ermənilər üçün heç bir təhlükə yoxdur. Zərurət yaranarsa, ermənilərin Qarabağdan çıxarılması məsələsinə baxacağıq, hazırda təhlükə yoxdur”, - deyə Nikol Paşinyan Ermənistan XİN rəhbəri Mirzoyanın dediklərinin tamamilə əksinə fikirlər səsləndirib. Heç şübhəsiz ki, bu fikirlər bir ölkə rəhbərinə məxsusdur və həmin ölkənin liderinin dedikləri nəzərə alınmaya, diqqətdən yayına bilməz.

Paşinyan Ermənistanda keçirdiyi iclas zamanı deyib ki, Qarabağda antiterror tədbirləri zamanı mülki əhaliyə demək olar ki, ziyan dəyməyib və əhalinin evakuasiyasına, köçürülməsinə də ehtiyac yoxdur. Ararat Mirzoyan isə mülki əhaliyə ziyan dəydiyi, uşaqlarla bağlı pis, xoşagəlməz hadisələr olduğu barədə gedib BMT-də ağlaşma qurub. Bunların eyni gündə, eyni mövzuda, amma bir-birlərinə zidd şəkildə fikirlər səsləndirmələri, görəsən, nə ilə bağlıdır? Yenə də dünya ictimaiyyətinin fikirlərini çaşdırmaq niyyəti güdürlər, yoxsa hansısa oyun oynamaq barədə düşünürlər? Axı onların bu şəkildə bir-birlərini təkzib etmələri heç də özlərinin, yaxud da təmsil etdiləri çəmiyyətin xeyrinə deyil. Elə isə niyə və nəyə görə?

Hər zaman erməni cəmiyyətinin, hayların yalan, əsassız məlumatlar, dezinformasiyalar yaymaqda maraqlı olduqlarının şahidi olmuşuq. Erməni cəmiyyəti üçün yalanı dövriyyəyə buraxmaqdan asan heç nə ola bilməz. Onlar bunu dırnaqarası da olsa, “məharətlə” edə bilirlər. Fikirləri çaşdırmaq, düşüncələri yanlış istiqamətə yönəltmək, faktları saxtalaşdırmaq, hətta tarixi xronologiyalara müdaxilə edib həyasızcasına dəyişdirmək haylar üçün çoxdandır ki, bir ənənə halını alıb və sanki dünya ictimaiyyətinin gözü də buna alışqan olub. Əks halda, elə həmin o BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı Ermənistanın XİN rəhbərinə müvafiq xatırlamalar edilərdi. Ən azından ölkəsinin baş nazirinin fikirləri ilə onun fikirlərinin eyni olmadığı, üst-üstə düşmədiyi, əksinə, bir-birini təkzib etdiyi bildirilərdi.

Hayların hansısa yalan, dezinformasiya xarakterli bəyanatlar yaymaları onların xislətindən irəli gəlir. Yalanı sırımaq istəyi, onların bunu bacarmaları fonunda çox böyük sürətlə, həndəsi silsilə ilə artmaqdadır. Ən sıravi erməni belə danışdığı zaman elə pafosla, elə əminliklə danışır ki, hələ də xalq adını qazandığı şübhə altında olan və tayfadan o tərəfə getməyən toplumun olmayan tarixinə az qalır, hamı inansın. Bəzən ağız dolusu elə danışırlar ki, bizə xislətləri bəlli olmasaydı, bəlkə hələ biz də inanardıq. Məsələ burasındadır ki, yalan informasiyalar bir yana, haylar ziddiyyətli fikirləri utanmadan, qətiyyən xəcalət çəkmədən dünyanın ən mötəbər iclas zallarında da səsləndirirlər.

Maraqlıdır, həqiqəti əks etdirməyən fikirlər, ifadələr səsləndirməyə, yalanı çəkinmədən dövriyyəyə buraxmağa həmin bu hayları vadar edən nədir? İndi də müxtəlif şəkildə, tamamilə fərqli, bir-birinə zidd fikirlər səsləndirləmələri nə deməkdir? Bu faktı necə başa düşək və ümumiyyətlə, belə bir ziddiyyətli, fərqli fikirlər səsləndirmələrini özləri necə izah edə bilərlər? Yaxud, maraqlıdır ki, belə bir ziddiyyətli fikirləri ortaya atanların görəsən, hansısa bir izahatı olacaqmı, ya da ümumiyyətlə ola bilərmi?

Bir ölkə hakimiyyətinin bir-birinə ən yaxın rəsmiləri, özü də həmin ölkənin baş naziri və xarici işlər naziri məlumatları fərqli yerdənmi alırlar? Bunların məlumat mənbələri fərqlidirmi ki, fikirləri də bir-birindən tamamilə fərlənir? Yaxud da, maraqlıdır, görəsən, işğalçı ölkə hakimiyyətinin birinci şəxsi, baş naziri ilə həmin ölkənin xarici işlər naziri bir-birindən xəbərsizdirlər ki, birinin dedikləri digərinin dedikləri ilə ziddiyət təşkil etsin? Kimin ağlına nə gəldi danışması, ələlxüsus da ölkəsini təmsil edənlərin və hakimiyyət komandasının ən səlahiyyətlilərinin fikirlərinin biri-birinə zidd olması Ermənistan üçün qəbuledilən, ənənəvi haldır və bəlkə, tamamilə normal hesab olunur?

Göründüyü kimi, erməni cəmiyyətinin müxtəlif vaxtlarda, müxtəlif məqamlarda, hətta bəzən eyni anda tamamilə fərqli yalanlara əl atması bir çox prizmada təzahür edə bilər, hansı ki, bunu dəfələrlə müşahidə etmişik. Dəfələrlə müşahidə etmişik ki, bunu, bu yalanı bəzən özlərini yazıq göstərmək üçün, kömək, yardım, iyanələr almaq, bir sözlə dilənmək üçün istifadə etdikləri halda, bəzən də özlərini çox “güclü”, “qüdrətli” göstərmək istədikləri zaman da başqa şəkildə istifadə edirlər və bu yalan bəzən elə həddə qədər şişir ki, mifləşdirilir də. Biz sözlə, yəni haylar yalanı silah olaraq istifadə edirlər. Bu dəfə erməni baş nazir Nikol Paşinyana bu şəkildə yalan danışmaq lazım olduğu vaxt, ola bilsin ki, başqa yerdə işğalçı ölkənin XİN rəhbəri Ararat Mirzoyana yalanı başqa formada ifadə etmək lazım olub. Yəni, Ermənistan müxalifətindən qorxan, hakimiyyət kürsüsünü qorumağı hər şeydən üstün tutan Nikol bu günlərdə heç bir problemin olmadığını göstərmək adı ilə daxili auditoriyaya hesablanan yalan danışmağı məqbul hesab etdiyi halda, Mirzoyan BMT Təhlükəsizlik Şurasının iclasında tamamilə başqa şəkildə məzlum dona girib yalvarışla yardım istəmək üçün erməni cəmiyyətini çox yazıq, əzilən, zülm içərisində inləyən göstərmək üçün başqa yalanı danışmağı tam qəbulolunan, məqbul hesab edir və belə də danışır. Bu, heç erməni cəmiyyətində qətiyyən qeyri-adi də qarşılanmır. Sözsüz ki, sadalanan bu məqamlar yalan danışmaq üçün heç də haqq vermir. Əksinə, bu şəkildə lazım olduğu zaman bu, digər formada lazım olduğunda başqa şəkildə yalana əl atmaq riyakarlıq, saxtakarlıqdır. Amma etiraf edək ki, bu riyakarlığı, bu saxtakarlığı ermənilər çox yaxşı bilirlər, məharətlə bacarırlar. Məhz elə eyni vaxtda, eyni gündə işğalçı ölkənin baş nazirinin və xarici işlər nazirinin fərqli şəkildə, ziddiyyətli bəyanat vermələri saxtakarlıqlarını təsdiq edən daha bir məqam, daha bir saxtakarlıq nümunəsidir.