Bütün sosial ödənişlər sentyabrın 26-da ödəniləcək

22 Sentyabr 2023 17:21 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə SİA-ya DSMF-dən xəbər verilib.