Ermənistan polisi 350 nəfəri saxlayıb

22 Sentyabr 2023 16:56 (UTC+04:00)

İrəvan küçələrində Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyaları davam edir. SİA xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçılara qarşı güc tətbiq etməkdən çəkinmir. "Aysor.am" nəşri yazıb ki, ilkin məlumatlara görə, 350 vətəndaş saxlanılıb.

Müxalifət nümayəndələri hökumətə qarşı itaətsizlik elan edib.