Polis Köçəryanın oğlunu saxladı

22 Sentyabr 2023 12:39 (UTC+04:00)

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb. SİA erməni mətbuatına istinadən xəbər verir ki, o, İrəvanda keçirilən aksiya zamanı tutulub.

Levon Köçəryan Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqlərdə iştirak edirdi.