Bakıda avtobusda yanğın olub

22 Sentyabr 2023 11:36 (UTC+04:00)

Bakının Binəqədi rayonunda “Mercedes” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.