DÇ-2024: Qazaxıstan - Azərbaycan oyununa təyinatlar açıqlanıb

22 Sentyabr 2023 11:30 (UTC+04:00)

Futzal üzrə DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan- Azərbaycan oyununa təyinatlar açıqlanıb. SİA xəbər verir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov (hamısı Bolqarıstan).

Hakim-inspektor: Silvo Borosak (Sloveniya).

UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç).

Qeyd edək ki, oyun oktyabrın 11-də, saat 18:00-da Astana şəhərində təşkil olunacaq.