Blinken Hakan Fidanla görüşəcək

22 Sentyabr 2023 11:20 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcək.

SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Görüş Nyu-Yorkda baş tutacaq.

Qeyd edək ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası keçirilir və Türkiyə XİN rəhbəri ABŞ-da səfərdədir.