Balina dənizin ortasında bomba kimi partladı - FOTO

22 Sentyabr 2023 11:14 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatı sahillərində balıqçılar balıq tutmağa gəldikləri yerdə dənizin ortasında ölü balina ilə qarşılaşıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölü balinanın içərisində toplanan metan qazı səbəbindən heyvan qəfildən partlayaraq qan gölünə çevrilib.

Balıqçılar tərəfindən saniyə-saniyə lentə alınan görüntülərdə balinanın qarnında sıxışan metan qazından daxili orqanlarının partladığı an əks olunub.